“Komandam bütün gücünü ortaya qoydu. Əlimizdən gələn hər şeyi etdik. Bizim səhvimiz Turində keçirilən ilk qarşılaşmada oldu”
Korner.az-ın məlumatına görə, bu sözləri “Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinal mərhələsinin “Yuventus”la cavab matçından (1:1) sonra deyib.
Rəqib haqda xoş sözlər söyləyən italiyalı mütəxəssis “Yuventus”un finala layiq oynadağını qeyd edib:
”Yuventus” çox çətin komandadı. Əla mövsüm keçirdilər. Nəticədə yaxşı oyun sayəsində bizi də mübarizədən kənarlaşdırıb finala yüksəldilər”.
