Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti La Liqanın 17-ci turu çərçivəsində bu gün “Valensiya”ya məğlub olmalarından danışıb.
Korner.az-ın məlumatına görə, italiyalı mütəxəssis komandasının məğlubiyyətə layiq olmadığını söyləyib.
“Pis oynamadıq. Məğlubiyyəti haqq etməmişdik. Komandamdan narazılığım yoxdur. Ələ düşən imkanlardan həmişə yararlanmaq olmur. Bu gün biz çox mühüm epizodlardan yararlana bilmədik. 22 ardıcıl qələbədən sonra uduzduq. Gec-tez bu olmalı idi. “Valensiya” güclü komandadır və bu oyuna da çox yaxşı hazırlaşmışdılar. Onları təbrik edirəm”, – deyə Karlo bildirib.
