big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Anar Salmanovdan ittiham: 2 dəfə “2” alan hakimin adını FİFA-ya necə göndərib? (MÜSAHİBƏ)

15.12.2014 , 06:54

Adı FİFA referiliyindən çıxarılan Anar Salmanov müsahibəsi
 
– Adınız Azərbaycanı 2015-ci ildə FİFA referisi kimi təmsil edəcək hakimlərin siyahısında adınız yoxdu. Bu, sizin üçün sürpriz oldu, yoxsa gözləyirdiniz?
– Ayyarım qabaq mənə deyildi ki, adını FİFA-ya göndərmişik, Azərbaycanı yenə beynəlxalq oyunlarda təmsil edəcəksən. Adımı siyahıda 3-cü hakim kimi göndərdiklərini dedilər. Amma indi baxıram ki, FİFA-nın siyahısında adım yoxdu. Bu necə olur?
 
– FİFA hakimliyindən kənarda qalmağınızın günahkarı kimdi: FİFA, yoxsa AFFA-nın Hakimlər Komitəsi?
– FİFA-lıq bir şey yoxdu. Onların həvalə etdiyi bütün oyunları idarə edib, yaxşı qiymətlər almışam. Bu, sırf Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun işidi. O deyə bilər ki, Anar il yarımdı çempionat oyunlarını idarə etmir. Yəni, bunu əlində “kozır” tuta bilər. Bəs necə olur ki, çempionatda 2 dəfə “2” qiyməti alan Orxan Məmmədovun adını FİFA-ya göndərib? Necə olur bu, mənə başa salsın.
 
– Axı Xaqani Məmmədov saytımıza açıqlamasında sizin də adınızı FİFA-ya göndərdiyinizi bildirmişdi…
– Bilirsiz necədi? Adımı göndərib, amma 4-cü hakim kimi. FİFA isə ilk 3 hakimin adını təsdiqləyir. Xaqani müəllim mənim yox, cəmi 1 ildi hakimlik edən Orxan Məmmədovun adını 3-cü hakim kimi göndərib. Bu, Hakimlər Komitəsinin mənə qarşı qərəzi deməkdi.
 
– Saytlarda məlumat yayılıb ki, xəbəri eşidən kimi AFFA-ya gedib, Xaqani Məmmədovla əlbəyaxa davaya çıxmısız. Belə bir şey olubmu?
– Getməyinə getmişəm, söhbətimiz olub. Amma əl-qol atmaq söhbəti yalandı. Mən ona əl-qol atmamışam. Xaqani nəsə etmək istəyirdi, amma imkan vermədim. İtirən Anar Salmanov və Azərbaycan futbolu oldu. Mən FİFA-nın talant qrupunun ikinci kateqoriyalı hakimiyəm. Axı necə FİFA hakimliyindən kənarlaşdırıla bilərəm? Bununla, Azərbaycan hakimliyi 10 il geri düşdü.
 
– Məsələ ilə bağlı AFFA prezidentinə müraciət etməyi düşünürsüz?
– Xeyr. Amma baş katib Elxan Məmmədov və PFL prezidenti Ramin Musayevin bu gün qəbuluna gedəcəm. Onlar da elə bilirdilər ki, mənim adım FİFA-ya 3-cü hakim kimi göndərilib. Bu, Elxan Məmmədov və Ramin Musayevin işi deyil. Onlar Azərbaycan hakimliyi üçün əllərindən gələni edirlər. Bayaq da dediyim kimi, bu, sırf Hakimlər Komitəsinin mənə qarşı qərəzindən atılmış addımdı. 

apasport.az

Son yazılar

To Top