big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Anar Salmanov Xaqani Məmmədovun gizli diskindən danışdı: Düzgünlükdən danışan adam 2001-ci ildə o qələti eləməzdi

28.04.2015 , 06:44

 Bir neçə gün öncə sportinfo.az saytında futbol ictimaiyyətində böyük səs-küyə səbəb olan material dərc olunmuşdu. Xəbərdə bildirilirdi ki, FİFA referisi adından məhrum edilən Anar Salmanovun əlinə 2001-ci ilə aid bir disk keçib. Həmin il Asim Xudiyev, Rufulla Kərimov, Ramiz Əsədov və Xaqani Məmmədovdan ibarət hakimlər briqadası UEFA kubokunun seçmə mərhələsi çərçivəsində “Osiek” (Xorvatiya) – “Dinaburq” (Latviya) matçını idarə edib. Xorvatiyada 4-cü hakim funksiyasını yerinə yetirən Məmmədov 72-ci dəqiqədə – “Dinaburq” sonuncu əvəzləməni edərkən «özünü buraxıb». O, öncə laynsman Ramiz Əsədova qışqırıb ki, Asim Xudiyevə latviyalıların «təklif»ini çatdırsın. Baş hakim köməkçisinin sözlərini yaxşı başa düşmədiyindən, bu dəfə Xaqaninin özü «qollarını çırmalayıb». O, əlindəki tablonu yuxarı qaldırıb, dəyişdirilən futbolçunun nömrəsini göstərərkən, «Asim, qonaqlar «niçya»ya 15 min verir» söyləyib. Anar Salmanovla əlaqə saxlayıb, məsələ ilə bağlı fikirlərini öyrəndik. Salmanov açdı sandığı, tökdü pambığı:

“Bu haqda kim yazıbsa, təfərrüatı ondan soruşmaq lazımdır. O məqalə mənim təşəbbüsümlə yazılmayıb, axı. Xaqani Məmmədovdan soruşun ki, “danışılmış oyunda iştirak etmisən”,  “belə bir şey var”? Bu suala onun cavab verməyi daha münasib olar. Balaca bir şeyin üstündə kimisə nədəsə qınamaq, onu hakimlikdən çıxarmaq düzgün deyil. O adam Azərbaycan futbolunun hakimini məhv edir. Azərbaycan hakimliyini diz çökdürüb, demək olar ki, ölkədə güclü hakim qalmayıb. Bütün yaxşı hakimləri uzaqlaşdırıb. Amma Xaqani Məmmədov bir şeyi bilsin ki, o oturduğu kreslo daimi deyil. Vaxt gələcək, onu AFFA-nın qapısından içəri buraxmayacaqlar. Çünki o, Azərbaycanı və futbolumuzu istəməyən insandır. Məsələni ictimailəşdirdiyi üçün sportinfo.az saytı və onun kollektivinə dərin təşəkkürümü bildirirəm. Bu gün Anar Salmanova haqsızlıq edən sədr bilmirdi ki, sabah vaxtilə nə oyunlardan çıxdığı bilinəcək? Sizin sayt vasitəsilə Məmmədova müraciət edirəm: yaxşı olar ki, o və Ramiz Əsədov bu suala cavab versin. Orda Asim Xudiyevin baş hakim olması yazılsa da, onun bu məsələyə heç bir dəxli yoxdur. Orda sırf olaraq 4-cü hakimin etdiyi hərəkətdir ictimaiyyətin qınağına səbəb olan. Xudiyev meydanda öz hakimliyini edirdi. Xaqani Məmmədov və Ramiz Əsədovla danışın ki, belə bir məsələ var ya yox? Sportinfo.az saytı yalandan heç nə yazmayıb, olan şeyi deyirlər. Disk məsələsinə gəlincə, hər şeyin öz vaxtı, zamanı var. Vaxtı çatanda o diski də göstərəcəyik, Məmmədovun iç üzünü də açacağıq. Yalandan Orxan Məmmədov kimi hakimlərin səhvini gizlətməklə deyil e! Camaat Babək Quliyev, Tahir Süleymanov, İmamxan Sultani, Anar Salmanovu da tanıyır, Xaqani Məmmədovu da. Həmin şəxslər FİFA hakimi olublar. Babək Quliyevlə Anar Salmanov ikinci kateqoriyaya sahibdir, bizdən heç nəyi gizlətmək olmaz. Camaata nağıl danışırlar – qaydalarla, “Simurq”un oyunu ilə bağlı. “Simurq”un təmiz qolunu saymırlar, sonra nağıl danışırlar, nə bilim “cinahdan ötürmə olarsa…” Cinahdan ötürmə futbolun tərkib hissəsidir. Onun bura dəxli yoxdur. Sabah Anar Salmanov hakimliyə qayıtsa və səhv etsə, öz səhvini etiraf etməyi bacarar. Əgər sən öz işinə, mənafeyinə görə səhvin üstündən keçirsənsə, hansı ədalətdən danışa bilərsən? Hansı ədalətdən danışa bilərsən ki, eyni səhvləri edəndə Ramil Diniyev və İnqilab Məmmədov 5 oyun cəza alır, Orxan Məmmədov cəmi 1 tur?! Sənin nə marağın var, ay Xaqani Məmmədov? Orxan Məmmədovu hara kimi müdafiə edəcəksən? Bəlkə meydanda çıxıb onun yerinə hakimlik edəsən? Xahiş edirəm, dediklərimi Xaqani Məmmədova da çatdırın. 1-2 adam pis ola bilər, amma 3-4 güclü hakim pis ola bilməz axı. Az qalıb, vaxt gələcək onun üstündən elə xətt çəkəcəklər ki, Azərbaycan futbolunda düşmən kimi tanınacaq. Düzgünlükdən, ədalətdən danışır. Belə deyim, gərək Komitə sədri özü ədalətli olsun ki, hakimləri də ədalətli ola bilsin. Futbolumuzun rəhbər şəxsləri – Rövnəq Abdullayev, Ramin Musayev, Elxan Məmmədov Azərbaycan futboluna lazımi qədər kömək göstərirlər. Amma Xaqani Məmmədov kimi şəxslər bu diqqətən sui-istifadə edərək, hakimliyimizin “adını batırırlar”. Azərbaycan hakimliyi 10 il “geriyə gedib”. Düzgünlükdən danışan adam 2001-ci ildə o qələti eləməzdi. Sizdən də xahiş edirəm, dediklərimi olduğu kimi yazın, nə artıq, nə əskik. İmkan daxilində jurnalistlər arasında sorğu keçirin. Mənə qələm əhlinin də fikri maraqlıdır. Görək, o adam nə vaxta kimi Azərbaycan futbolunu “diz çökdürəcək”. Artıq 8-ci ilidir, qüruru varsa, ərizəsini yazıb, istefa verər”.

Ürfan Məmmədzadə

Son yazılar

To Top