big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Anar Bəkirov: “Çixradzeyə dedim ki, bu oyunda da uduzsaz, komandanı buraxacam” (MÜSAHİBƏ)

01.12.2013 , 22:47

"Simurq" Peşəkar Futbol Klubunun prezidenti Anar Bəkirov "Simurq" – "Qarabağ" oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

"Bu oyunla Avroliqaya vəsiqə qazanmaq olardı"

– Anar müəllim, geridə qalan təxminən 4 aylıq müddətdə stadionda nə kimi işlərin görüldü və nə kimi işlərin görülməsi planlaşdırılır?
– Əvvəlcə onu bildirim ki, sizi Zaqatalada görməkdən çox şadam. Bizə də xoş oldu ki, komandamızın oyununu canlı izlədiz. Məncə, “Simurq” bu gün pis oynamadı.
Stadionda görülən işlərə gəlincə, qazon dəyişdirilib. Yeri gəlmişkən, dünən (söhbət noyabrın 30-da olub – S.A.) artıq arenamıza “2 ulduz” sertifikatı verilib. Bu da o deməkdi ki, komandamız avrokuboklara vəsiqə qazansa, ilk 3 mərhələdə rəqiblərini burada qəbul edə biləcək. Qazondan başqa, paltardəyişmə otaqları təmir olunub. Aşağı yaş qrupu üzrə komandalarımızın məşq etmələri üçün ikinci meydançanın salınması, işıqlandırma sisteminin yenilənməsi planlaşdırılır. Bundan əlavə, qışda yeni tablonun quraşdırılması nəzərdə tutulub. Yəni asta-asta işlər gedir.

– Qapıların arxa hissələrinə əlavə tribunaların quraşdırılması da nəzərdə tutulmuşdu.
– Planımızda var idi. Ancaq bilirsiz, arxa tərəfdə yol keçir və bu da həmin planı gerçəkləşdirməyimizə imkan vermir. Ancaq “Qəbələ” kimi metal konstruksiyanı necə quraşdıra biləcəyimizi də düşünürük.

– Bu mövsüm komandanın oyun üslubunda stabillik var və uduzsa da, udsa da o oyun üslubuna sadiq qalır. Məşqçi işi hiss olunur, bir sözlə. Komplekləşmiş bu heyətin qarşısına qoyduğunuz məqsəd nədi bu mövsüm üçün?
– Əvvəllər daha çox Balkan ölkələrindən olan futbolçulara üstünlük verirdik, ancaq yayda heyətə “əl gəzdirib” başqa ölkələrdən  də oyunçular qatdıq. Bu oyunla Avroliqaya vəsiqə qazanmaq olardı və komandanın qarşısına da bu məqsəd qoyulmuşdu. Amma mövsüm başlayandan ev oyunlarımızı da Zaqataladan kənarda keçirməyə məcbur olmuşduq ki, bu da nəticələrə öz təsirini göstərdi. Bu gün Azərbaycanın, demək olar, ən güclü komandasına qarşı oynadıq və rəqiblə başa-baş mübarizə apardıq. Düzdü, sonlara doğru “Qarabağ” hücumlarda üstün idi, ancaq “Simurq” da yaxşı əks-hücumlar qururdu. Ola bilər, Zaqatalada ilk oyunumuz olduğundan, futbolçularımızda müəyyən qədər həyəcan da var idi. Əsas odu rəqibə heç nədə uduzmadıq. Çalışacağıq, qışda da heyəti, xüsusilə hücum xəttini gücləndirək. Bu gün Avropa üçün itirilmiş heç nə yoxdu. Çempionatı 4-cü pillədə başa vurmaqla da avrokuboklara getmək olar, kuboku qazanmaqla da.

– Avrokuboklara vəsiqə qazanılmasa, bunu məşqçiyə irad tutacaqsız? 
– Yox, biz ona güvənirik. Mənim Çixradzeyə ümidlərim böyükdü. Sizin də bayaq qeyd etdiyiniz kimi, komandada məşqçi işi görünür. Biz də çalışmalıyıq ki, heyətin gücləndirilməsində ona yardım edək. 

– Əvəzedici komandanızda 193 santimetr boyu olan Oruc Balaşlı ad-soyadlı 19 yaşlı bir futbolçu var. Hazırda çempionatın bombardiridi. Onun hücumçu sarıdan “axsayan” əsas komandaya cəlb edilməsi planlaşdırılırmı?
– Əvəzedici komandamızda istedadlı uşaqlar var, bəziləri əsas komandanın məşqlərinə də dəvət edilir. Ancaq ustalıq səviyyələri hələ ki qənaətbəxş deyil. Nəzərdə tutmuşuq ki, əvəzedici komandanın bir neçə oyunçusunu qışda əsas komanda ilə birlikdə Türkiyəyə təlim-məşq toplanışına aparaq. Biz də istəyirik ki, yerli futbolçular daha çox olsun komandada. Ancaq gənc futbolçuların Zaqatalaya gəlməsi bir az problemlidi.

"Yuran elə bilirdi, ona asan olacaq Azərbaycanda işləmək"

– Yəqin ki, burada məskunlaşmaları, təhsillərini davam etdirmələri üçün şəraitin olmaması durur problemin kökündə. “Qəbələ” bu məsələni akademiya qurmaqla çözdü. Bəlkə siz də akademiya yaradıb bu bölgənin uşaqlarını cəlb edəsiniz?
– Mən kluba gələn gündən akademiya yaratmaq fikrim olub. Qax, Balakən, Şəki, Mingəçevir kimi yerlərdən yaxşı futbolçular toplamaq olar. Ancaq bir işi görəndə gərək səviyyəli edəsən – “Qəbələ” kimi. Buna isə külli miqdarda vəsait tələb olunur. Bu gün bizdə o vəsait yoxdu ki, bu işə başlanılsın.

– Əvvəllər həm ictimaiyyətdə, həm də mətbuatda “Simurq”la “İnter”in qardaşlığı qabarıq şəkildə görünürdü. Ancaq bəlkə də yanılıram, mənə elə gəlir ki, son vaxtlar bu “qardaşlıq” pozulub. Səbəb nədi və ya kimdi: ictimai qınaq, yoxsa Anar Bəkirov amili?
– (gülür) Vallah, bilmirəm mənə qədər nə olub… Deyəsən, mənə qədər Zaqatalada bir dəfə heç-heçə olmuşdu. Düzdü, mən gələndən sonra “İnter”i məğlub etmişik. (gülür) Yuran baş məşqçi olanda iki dəfə uduzduq. Amma onda həm heyət zəif idi, həm də, Yuran elə bilirdi, ona asan olacaq Azərbaycanda işləmək. 

– Son oyunlardan birində “İnter” “Simurq”u uda bilməmişdi və Sxadadze bundan çox əsəbiləşmişdi, hətta Çixradzenin əlini də sıxmamışdı oyundan sonra. Bütün bunlardan sonra düşünmək olarmı ki, hə, artıq “qardaşlıq” bitib?
– Dediyiniz ötən mövsüm Zaqatalada keçirdiyimiz oyundan sonra olub. Oyundan əvvəl Çixradzeyə demişdim ki, bu dəfə də uduzsaz, komandanı buraxacam. “Premiya”-filan öz yerində, amma “döyüşmək” lazımdı. Komandamız onda 4-cü yerdə idi və baxmayaraq ki, o oyunda qələbə bizi yuxarı pilləyə qaldırmayacaqdı, futbolçularımız meydana çıxıb 1:0 qalib gəldilər. 

– Azərbaycanda futbol funksioneri olmaq maraqlıdımı?
– Maraqlıdı, həm də çox maraqlıdı.

– Məsələn, fərdi inkişaf sarıdan nə verir futbol funksioneri olmaq?
– Azərbaycanda futbol funksioneri olmaq çox çətindi. Kənar qüvvələr var ki, bir az qabağa getdiyini görən kimi “badalaq” vururlar… Keçən il də, bu il də hakimlər bizə qarşı çox ədalətsiz davranırlar. Ancaq neyləyək, susub oyunumuzu oynayırıq. Əliyar Ağayevi həmişə bəyənmişəm. İstedadlı və səviyyəli hakimdi. Belə hakimlər olanda istər-istəməz komanda da rahat oynayır. Ancaq hakim var ki, oyun başlayan kimi “sarıları” paylayır. Bu da komandanı “sındırır”.

"Keçən il “İnter”i udduğumuz oyunda “premiya” olmadı"

– Bayaq mükafatdan danışdız. Sirr deyilsə, “İnter”i udduğunuz oyun üçün müəyyənləşdirdiyiniz mükfatla digər rəqiblərə qarşı qarşılaşmalara müəyyənləşdirdiyiniz mükafat arasında fərq varmı və varsa, nə qədərdi?
– Misalçün, keçən il “İnter”i udduğumuz oyunda “premiya” olmadı. Ancaq bu il oldu. Və digər rəqiblərlə oyunöncəsi müəyyənləşdirilən məbləğ qədər idi.

– Adətən Əliyar Ağayevin təyin olunduğu oyunlarda “Qarabağ” qalib gəlir. Sizi narahat etmirdimi bu təyinat.
– Xeyr, heç etiraz da etmədim. Əliyar yaxşı hakimdi. Bir hakim də var: Rauf Cabbarov. Bu adam nə vaxt bizim oyunumuza təyin olunursa, futbolçularımızı “sındırır”. Bu “Qarabağ”la keçirdiyimiz ilk oyununda da, “Xəzər Lənkəran”la qarşılaşmada da Rauf idi baş hakim. Bəlkə də perspektivli hakimdi, buna sözüm yox. Ancaq elə səhvlər edir ki…

– Ümumiyyətlə, gənc hakimlərdən təkcə Əliyarımı görürsüz yaxşı referi kimi?
– Mən çox istərdim ki, Əliyar Ağayev, Rəhim Həsənov və Orxan Həsənov daha da irəliyə getsin. Çünki təmiz hakimlikdən çox şey asılıdı. Ramin müəllimlə (PFL prezidenti Ramin Musayevi nəzərdə tutur – S.A.) danışanda da deyir, nə edim, 8 hakimim qalıb, kimi təyin edim? Bir Əliyar 5 oyunun hamısını idarə edə bilməz ki…

"Hər oyundan sonra Ramin müəllimə zəng edib şikayətlənirdim"

– Anar müəllim, artıq neçə ildi Azərbaycan futbolunun içindəsiz və bu sahədə müəyyən təcrübəniz də formalaşıb. Sizcə, futbolumuzun taleyi neçə faiz meydanda, neçə faiz kənar qüvvələr tərəfindən həll olunur?
– (gülümsəyir) Açığı, kənar qüvvələrin də əli var və çox böyük zərər vururlar. Misalçün, ötən mövsüm “altılıq” olanda biz “ilk altılığa” düşmək üçün əvvəldən xeyli xal yığmışdıq və başlamışdılar təzyiqlər etməyə. “Qəbələ” üzərində qazandığımız kritik qələbə sayəsində son anda “ilk altılığa” düşdük. O ərəfədə, demək olar, hər oyundan sonra Ramin müəllimə zəng edib şikayətlənirdim. 

– Azərbaycan Premyer Liqasına bukmeyker kontorunun sponsorluq etməsinə münasibətiniz necədi?
– Bu təcrübə xaricdə də var. Avropanın bir çox klubunun sponsoru bukmeyker kontorlarıdı. Tam səmimi deyirəm, indiyədək “Topaz” bizə deməyib ki, filan oyunda “oyun” quraq. Əksinə, bir çox məsələdə, xüsusilə oyunlarımızın yayımlanmasında yardım göstəriblər.

– Anar müəllim, Azərbaycan futbolu nə vaxt pul qazandıracaq klublara?
– (gülümsəyir) Çətin sualdı…

– Təxmini proqnozunuz? Məsələn, 5 ildən sonra qazandıra bilərmi?
– Düzdü, bu gün bəzi klublar futbolçu satışından müəyyən qədər qazanırlar. Ancaq bu, xərclərin qarşılığında çox azdı. Baxın bütün klublarımıza, oyunu quran, əsas yükü daşıyan legionerlərdi. Düzdü, gələn mövsümdən əsas heyətdə 2 nəfər 21 yaşadək futbolçunu oynatmaq zərurəti qüvvəyə minəcək. Ancaq sizə deyim, bu bizə çox böyük zərər vuracaq. AFFA-nın baş katibi Elxan Məmmədov deyir ki, futbol Azərbaycanda sosial layihədi, gərək gənc nəsli idmana yönəldək. Lap yaxşı, ancaq mən xaricdən 10 məşqçi gətirə bilmərəm axı. Məndə bu qədər yerli məşqçi yoxdu ki, uşaqlara məşq keçsin. Dünən-srağagün Avroliqanın “Atletiko” (Madrid) – “Zenit” oyununda 19 yaşlı futbolçu meydana çıxır, biz isə U-19 liqasını yaradırıq ki, bunlar oynasınlar.

– Hesab etmirsiz ki, AFFA İcraiyyə Komitəsinin 21 yaşadək 2  futbolçunu əsas heyətdə oynatmaq qərarı klubları istəmədikləri bir şeyə məcbur etməkdir və bu məcburetmə yaşı 21-dək olan oyunçuların transfer qiymətlərinin süni artımına səbəb olacaq?
– Mən də onu deyirəm. Baxın, bu gün xaricdə futbolçularımız oynamır. Türkiyənin birinci dəstəsini bir kənara qoyaq, burda iş tapa bilməyənlər gedib orda oynayırlar. Ruslan Abışov da “Rubin”də ara-sıra 10-15 dəqiqə oynayır. 

"Bütün futbolçularla danışıqlarda maksimum dərəcədə çalışırıq qiyməti “öldürək”

– O da “Qəbələ”yə keçəcək, deyirlər…
– Doğrudan? Görürsüzmü, “Qəbələ”nin maddi durumu imkan verir ki, bahalı oyunçular alsın. Biz də orta qiymətli futbolçuları transfer edə bilirik. Mən elə adam deyiləm ki, futbolçu desin, 20 min istəyirəm, mən də deyəm, hə, o pulu verirəm, gəl. Bütün futbolçularla danışıqlarda maksimum dərəcədə çalışırıq qiyməti “öldürək”. Hətta elə olub, iki həftə danışıq aparmışıq ki, istədiyimiz futbolçunun transfer qiymətində 10 min dollar endirim edilsin.

– Premyer Liqa klublarımızın büdcəyə görə turnir cədvəlində “Simurq” neçənci olar?
– Hardasa 7-8-ci.

– Ötən mövsüm bitən kimi komandadan xeyli futbolçu göndərildi və cari mövsümün başlanmasına az müddət qalmış onların bir neçəsi geri qaytarıldı. Eşitdiyimə görə, geri qaytardığınız futbolçulara başqa təkliflər gəlmədiyini görüb daha az məbləğ təklif etmisiz. Həmin oyunçular da əlacsız qalıb, sizinlə razılaşmalı olublar.
– Geri qaytardıqlarımız Polyakla Dilaver olub. Özü də eyni məbləğə qaytarmışıq.

– Bəs nə üçün göndərmişdiz və nə üçün yenidən geri qaytardız?
– Bayaq da dediyim kimi, keçən il xüsusilə Balkan ölkələrinin futbolçularına üstünlük verirdik. Bu il Patriki gətirmişik, tamam fərqli oyun oynayır. Ötənilki polşalı qapıçımızı da saxlamaq istəyirdik. Ancaq təəssüf, komandadan çox pis getdi. Və biz ondan daha yaxşı qapıçı gətirdik. Bugünkü oyunda da 2 dəfə bizi qoldan xilas etdi. 

"Elə ona görə də 23 yaşda əvəzedici komandadadı"

– Mətbuatda əvəzedici komandanızın bir neçə futbolçusunun qəlyanla fotoları yayılıb. Buna münasibətinizi bilmək istərdik.
– Elə ona görə də onlardan biri 23 yaşı olsa da, hələ də əvəzedici komandadadı. Amma mən onların özüylə də, məşqçiləriylə də danışacam, görüm nə məsələdi. Öz üzərlərində işləməkdənsə gedib qəlyan çəkirlər. Biz oyundan sonra normal istirahətə bir söz demirik. Tutaq ki, futbol qurtarıb, futbolçu bir butılka pivə içirsə, buna normal baxmaq lazımdı. Futbolçu da insandı, o da bütün diqqətini yalnız futbola yönəltməməlidi, arada istirahət etməlidi. Ser Aleks Fergüsson da oyundan sonra futbolçularının bir bakal pivə içmələrinə icazə vermişdi. Hətta Samuel Eto`Onun keçmiş komanda yoldaşı mənimlə görüşəndə demişdi ki, Eto`O hər axşam mütləq bir qədəh qırmızı şərab içirdi. Tərifləyirdi onu, deyirdi, gecə klubuna, bara-filan getməklə arası yoxdu, ancaq hər axşam ailəsiylə birlikdə şam edəndə mütləq şərab içir.

– “Simurq” transfer məsələlərində əyalət klubu olmağın çətinliyi yaşayırmı? Xüsusilə də avropalıları nəzərdə tuturam.
– Təbii, yaşayır. Balkan ölkələrindən gələnlərlə belə problemləri az yaşayırıq. Məsələn, hərdən Bakıda oyunumuz olanda komandanı oyundan sonrakı gün də Zaqatalaya gətirmirik ki, bir az paytaxtda gəzsinlər, istirahət etsinlər. 

– Bəs hansı ölkənin futbolçuları klubun əyalət, yoxsa paytaxt təmsilçisi olmasına xüsusi diqqət yetirirlər?
– Məsələn, Hollandiya, Belçika, Fransa kimi ölkələrin futbolçuları qətiyyən əyalət klublarında oynamaq istəmirlər. Transfer etmək istədiyimiz bir holland futbolçu var idi, Erediviziyada çıxış edirdi. Müqavilə üçün o qədər şərtlər irəli sürdü ki… Uşaq bağçasından tutmuş, xüsusi kottecə qədər… Elə şeylər istəmişdi ki, biz ona  o şeyləri Zaqatalada verə bilmərik.

– Erediviziya klubuyla danışıq apara bilirsizsə, deməli, burda futbolçuya verilən pul orda veriləndən daha çoxdu?
– Hollandiyada 4-5 klub var ki, maksimum maaş 20-25 mindi. Qalanlarda maaş 3000-3500 civarındadı. Yəni belə klublardan futbolçu almaq olar.

– Belə çıxır ki, pulumuz var, ancaq nəticəmiz yoxdu.
– Nəticəmiz də olacaq, inşallah. Keçən il “Neftçi” yaxşı nəticə göstərdi Avropada. Bu il bəxti gətirsəydi, başqa klubla düşsəydi, “Qarabağ” da irəliləyə bilərdi Avroliqada.

– “Xəzər Lənkəran” Toşakla yolları ayırıb Mustafa Dənizlini baş məşqçi gətirdi. Bu seçimə münasibətiniz necədi?
– Mən başqa komanda haqda danışmaq istəməzdim…
 
– Georgi Çixradze komandadan getsə, Dənizlini gətirərdiz?
– Heç vaxt. Bizə adlı-sanlı məşqçi yox, işləyən məşqçi lazımdı. Yuran bura gələndə elə bilirdi ki, Çempionlar Liqasına çıxaracaq komandanı. Amma reallıq budu ki, Azərbaycanda uğura ac olan məşqçi daha rahat işləyə bilər.
 
– Artıq 15 tur geridə qalıb. Çempionat bu templə davam etsə, mövsüm sonunda turnir cədvəlinin “ilk beşliy”ini necə görürsüz?
– "Neftçi". Üç il ardıcıl çempion olub və bu il də “vuruşacaq” çempionluq üçün. "Qəbələ" və "Qarabağ" da onun kimi. "İnter" dəhşətli başlanğıcdan sonra özünə gəlib və hətta artıq “ilk üçlüyə” yaxınlaşıb. 

– Bəs "Simurq"? Öz komandanızı “ilk beşlik”də görmürsüz?
– Biz də “vuruşacağıq”. Bu mövsüm 3 məğlubiyyətimiz var: “Neftçi”yə, “Bakı”ya – bu komandayla oyunlarımız nəsə alınmır və bir də “Xəzər Lənkəran”a – Rauf Cabbarovun idarə etdiyi oyunda uduzmuşuq. "Simurq" “döyüşkən” komandadı. Bir üstünlüyümüz də öz stadionumuza qayıtmağımızdı, artıq ev oyunlarımız bizim üçün daha rahat olacaq. 

Saleh Arslan
Zaqatala

Son yazılar

To Top