Amrabat Portuqaliya ilə oyunu buraxacaq
18.06.2018 , 10:26

Mərakeş millisi ciddi itki ilə üzləşib. Yığmanın yarımmüdafiəçisi Nordin Amrabat DÇ-2018-in 2-ci turunda Portuqaliya ilə keçiriləcək oyunu buraxacaq.
İranla oyunda başından zədə alan 31 yaşlı futbolçunun bir həftəlik istirahətə ehtiyacı var. Bu barədə Mərakeş Futbol Federasiyası xəbər yayıb.
Qeyd edək ki, Portuqaliya – Mərakeş matçı iyunun 20-də keçiriləcək.
