Amit Quluzadə yenidən Türkiyədə çıxış edə bilər.
Korner.az-ın məlumatına görə, “Qəbələ”nin formasını geyinən 21 yaşlı yarımmüdafiəçi qardaş ölkədən iki təklif alıb.
Belə ki, “Şanlıurfaspor” və “Manisaspor” futbolçumuzun xidmətində maraqlıdı. Lakin Amit hələ qərar verməyə tələsmir. Əgər Yuri Syomin onun xidmətində maraqlı olmasa, o zaman Türkiyəyə üz tutucaq.