Azərbaycanlı futbolçu Amit Quluzadənin formasını geyindiyi Yunanıstanın AEL klubunda baş məşqçi dəyişikliyi baş tutub.
Korner.az-ın məlumatına görə, Super Liqa təmsilçisi Andre Pausla anlaşıb.
Hollandiyalı çalışdırıcı ilə mövsümün sonuna kimi anlaşma əldə olunub.
O, bu postda yunan Sakis Tsolisi əvəz edib.
26 oyundan sonra 24 xal toplayan “Larissa” turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
