Amit Quluzadənin komandasından qələbə
21.10.2020 , 18:22

Moldova çempionatında XV turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycanın millisinin sabiq üzvü Amit Quluzadənin formasını geyindiyi “Milsami” doğma meydanda “Zimbru”ya qalib gəlib – 2:0.
Amit bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Milsami” 30 xalla 10 komanda arasında 2-ci pillədə qərarlaşıb.
