"Mənim fikirimi düz başa düşməyiblər. Mənim "Rəvan"la heç bir problemim yoxdu".
Bu sözləri Korner.az-a açıqlamasında "Rəvan"ın futbolçusu Amit Quluzadə deyib.
Gənc futbolçu "Rəvan"ın baş məşqçisi Kemal Alispahiçlə aralarında heç bir şey olmadığını da, vurğulayıb:
"Mənim nə "Rəvan" rəhbərliyi nə də. baş məşqçi Kemal Alispahiç ilə heç bir problemim olmayıb. Kimsə fikirimiz düzgün başa düşməyib. Xoşluqnan klubdan ayrılıram. "Rəvan"a nə olub ki? "Gül" kimi komandadı".
