Portuqaliya kubokunda 3-cü turun oyunları davam edir.
Korner.az-ın məlumatına görə, Amit Quluzadənin şərəfini qoruduğu “Atletiko” Lissabon da bu turda meydana çıxıb.
Doğma meydanda “Beyra-Mar”ı qəbul edən lissabonlular 33-cü dəqiqədə Jaja, 40-cı dəqiqədə Manuel Silas və 43-cü dəqiqədə Emilio Palasiosun qolları ilə 3:0 hesablı qələbə qazanıb. “Atletiko” bu qələbə sayəsində 4-cü mərhələyə adlayıb.
Zədəsini yenicə sağaldan Amit 46-cı dəqiqədə Kikinin yerinə meydana daxil olub.
