Portuqaliya Liqa kubokunda 2-ci turun cavab qarşılaşmaları keçirilir.
Korner.az-ın məlumatına görə, Amit Quluzadənin çıxış etdiyi “Atletiko” Lissabon səfərdə “Gil Visente” ilə qarşılaşıb.
Komandalar arasındakı ilk oyun “Gil Visente”nin 2:0 hesablı səfər qələbəsi ilə başa çatmışdı. Cavab oyununda isə bərabərlik qeydə alınıb- 1:1. Bu nəticə ilə “Atletiko” Liqa kubokunda mübarizəni dayandırıb.
Amit bu oyuna start heyətində başlasa da, 68-ci dəqiqədə Riberio ilə əvəzlənib.
