Portuqaliya I Liqasında 11-ci turun oyunları başa çatıb.
Korner.az-ın məlumatına görə, Amit Quluzadənin forma geyindiyi “Atletiko” Lissabon bu tur doğma meydanda “Leyksoes”i qəbul edib.
Oyun lissabonluların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Amit oyunun iştirak ərizəsinə salınsa da, meydana çıxmayıb.
Qeyd edək ki, “Atletiko” 11 turdan sonra 12 xalla 17-ci pillədə yer alıb.
