Premyer Liqanın 11-ci turu çərçivəsində keçirilmiş “Sumqayıt” – “Keşlə” oyununda komandamızın ikinci qolunun müəllifi olmuş Amil Yunanov klubun tarixinə düşüb.
Belə ki, cari mövsümdə Premyer Liqada 5-ci qolunu vuran “9 nömrə”miz komandamızın heyətində 23-cü qoluna imza ataraq, Pərdis Fərcad-Azadı (22 qol) geridə qoyub.
Qeyd edək ki, 2015/2016 mövsümündən “Sumqayıt” Futbol Klubunun şərəfini qoruyan Amil Yunanov həmin mövsümdə 12 qola, 2016/2017 mövsümündə isə 6 qola adını yazdırıb. Bu oyuna qədər vurulan 5 qolu da nəzərə aldıqda adıçəkilən futbolçumuz 23 qolla “Sumqayıt” FK-nın heyətində ən çox qol vuran futbolçu ünvanına sahib çıxıb.
