Bakının AZAL klubu daha iki futbolçunun keçidini rəsmiləşdirib.
Korner.az–ın məlumatına görə, "təyyarəçilər" sabah Azərbaycana gələcək serbiyalı Vladimir Boqdanoviç və amerikalı futbolçu Con Uilyamsla müqavilə imzalayacaq.
Amerikalı Uilyams 1985-ci il təvəllüdlüdür və son klubu İsrail Premyer Liqasında mübarizə aparan “Aşdod” olub.
Serbiyalı Vladimir Boqdanoviç isə 26 yaşı var və son klubu Yunanıstanın “Panetolikos”u olub. Bu futbolçu Serbiyanın U-21 millisində 5 oyunda meydana çıxıb.