Amerikalı basketbolçu infarkt keçirdi
03.05.2023 , 11:26
Türkiyənin “Anadolu Efes” komandasında çıxış edən amerikalı basketbolçu Kris Sinqlton infarkt keçirib.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəstəxanaya aparılan 33 yaşlı basketbolçunun nəzarətdə saxlanıldığı və vəziyyətinin yaxşı olduğu bildirilir.