Amerika kuboku da təxirə salındı
18.03.2020 , 19:25

Bu il keçirilməli olan futbol üzrə Amerika kuboku təxirə salınıb.
Korner.az xəbər verir ki, bu barədə Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) məlumat yayıb.
Buna dünya ölkələrində sürətlə yayılan koronavirus pandemiyası səbəb göstərilir. Buna görə də Kolumbiya və Argentinanın birgə ev sahibliyi edəcəyi Amerika kuboku bir il sonraya – 2021-ci ilin iyun ayına təxirə salınıb.
