Alveşin avtomobilini oğurladılar
13.02.2020 , 20:34

“San Paulo” klubunda forma geyinən Dani Alveş xoşagəlməz hadisə ilə üzləşib.
Korner.az xəbər verir ki, futbolçunun avtomobili oğurlanıb.
Avtomobilini duracaqda saxlayan Alveş, geri qayıdarkən maşının yerində olmadığını görünüb.
Məsələ ilə bağlı araşdırma aparan yerli polis, oğruların duracağa nəzarət edən mühafizəçini təhdid edərək, Alveşin maşınını oğurladıqlarını bildirib.
