PSJ-nin futbolçusu Dani Alveş Paris klubunu tərk edə bilər.
Paris təmsilçisi braziliyalı müdafiəçini “Sevilya”ya təklif edib.
Bildirilib ki, komandanın yeni baş məşqçisi Tomas Tuhel D.Alveşi PSJ-də görmək istəmir və bu səbəbdən onun satılmasını istəyir.
Qeyd edək ki, D.Alveş 2003-2008-ci illərdə “Sevilya”da oynayıb.
