La Liqada 32-ci turda keçirilən “Vilyareal” – “Barselona” qarşılaşmasında Dani Alveşə irqçilik niyyətiylə banan atan azarkeş cəzalandırılıb.
Korner.az-ın məlumatına görə, Alveşə banan atan azarkeş ömürlük stadionlara girə bilməyəcək və yüksək miqdarda cərimə ödəyəcək.
Qeyd edək ki, Alveş ona atılan bananı yerdən götürərək yemişdi.
