Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilmiş "Qəbələ" – “Simurq” oyunundan sonra keçirilmiş mətbuat konfransında hər iki çalışdırıcı matçla bağlı fikirlərini bildirib.
Georgi Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Maraqlı oyun oldu. İlk hissədə üstün oynadıq, lakin qol vura bilmədik. İkinci hissədə hesabda geri düşsək də, etdiyimiz əvəzetmələrin bəhrəsini gördük. Komandaya oyuna görə təşəkkürümü bildirirəm”.
Luis Araqon, “Qəbələ” klubunun məşqçisi: “Qələbəyə çox yaxın idik. Qol imkanlarımız çox oldu. Rəqib komanda sona kimi mübarizə apardı. Altılıq oyunları çox çətin keçir. Gələcək oyunlarda daha yaxşı oynamağa çalışacağıq”.
