Futbol

Altı futbolçu millimizin rəqibinin heyətindən çıxarıldı

08.10.2019 , 14:22

Sabah millimizlə qarşılaşacaq Bəhreyn yığmasının heyətində dəyişiklik olub.

Korner.az-ın məlumatına görə, 3 gün sonra İranla qarşılaşacaq komandanın baş məşqçisi Helio Sousa 30 nəfərlik heyətdən 6 oyunçunu çıxarıb. Bunlar Səyid Məhəmməd Adnan və Raşid Əl Houti (hər ikisi “Əl-Hidd”), qapıçı Mahbub Yəhya (“Budaiya”) yarımmüdafiəçilər Əhməd Musa, İsa Əli Cihad (hər ikisi “Manama”) və hücumçu Sami Əl-Husaynidir (“East Riffa”).

Qeyd edək ki,Ər-Rifa şəhərində keçiriləcək Bəhreyn – Azərbaycan qarşılaşması sabah Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Son yazılar

Yuxarı