Altay İtaliya klubuna keçir?
26.03.2025 , 13:31

“Mançester Yunayted”in qapısını qoruyan Altay Bayındır karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Korner.az xəbər verir ki, “Torino” 26 yaşlı qolkiperin xidmətində maraqlıdır.
Turin təmsilçisi Altay üçün İngiltərə klubuna müraciət edib.
“Qırmızı şeytanlar” oyunçu üçün qarşı tərəfdən 10 milyon avro tələb edir.
İtaliya klubu Altayı transfer edə bilməsə, icarəyə götürməyi düşünəcək.
