Alonso Vinisiusun niyə ehtiyatda qaldığını açıqladı
24.11.2025 , 18:48
“Real”ın baş məşqçisi Xabi Alonso “Elçe” ilə 2:2 hesablı heç-heçə ilə başa çatan görüşdə Vinisius Juniorun start heyətində yer almamasına aydınlıq gətirib.
Korner.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu qərarla bağlı Vinisiusla danışıldığını bildirib:
“Biz hər şeyi matçdan əvvəl müzakirə etdik. Vinisius öz rolunu yaxşı anlayır və ehtiyatdan oyuna daxil olsa belə, komandaya maksimum fayda verəcəyini bilir. O, bizim üçün çox vacibdir”.
Braziliyalı hücumçu 57-ci dəqiqədə Rodriqonu əvəz edərək meydana daxil olub.
“Real”ın qollarını Din Höysen (78) və Çud Bellingem (87) səsləndirib.