Alonso Premyer Liqada bu kluba baş məşqçi keçə bilər
20.02.2026 , 14:56
Xabi Alonso “Real”la yollarını ayırdıqdan sonra bir aydan artıqdır ki, yeni iş yeri tapmayıb.
Korner.az “Goal”a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin karyerasını İngiltərədə davam etdirmək ehtimalı gündəmdədir.
Son xəbərlərə görə, Alonso klub daxilində yaranmış fikir ayrılığı səbəbindən “Marsel”dən gələn təklifi qəbul etməyib. 43 yaşlı çalışdırıcının adı hazırda “Liverpul”la yanaşı çəkilir.
Mənbə bildirir ki, mersisayd təmsilçisində Arne Slotun mövqeyi hələ stabil sayılır.
Lakin mövsümün yekununda nəticələr gözləntiləri doğrultmasa, rəhbərlik baş məşqçi postu üçün Alonso variantını ciddi şəkildə nəzərdən keçirə bilər.
Hazırda “Liverpul” İngiltərə Premyer Liqasında 6-cı pillədə qərarlaşıb və komanda ilk dördlük uğrunda mübarizəni davam etdirir.