“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş Avropa Liqasının 1/4 finalında “Lion”a penaltilər seriyasında 6:7 hesabı ilə uduzduqları matçı (əsas və əlavə vaxt – 2:1) şərh edib.
Korner.az-ın məlumatına görə, o, Avroliqada mübarizəni dayandırdıqları üçün məyus olduqlarını bildirib:
“Buna baxmayaraq, alnımız ağ, başımız ucadır. Çünki turnirdə 12 matçda 5 qələbə qazandıq, 5 heç-heçə etdik, 2 məğlubiyyət aldıq. Beynəlxalq arenada əzildiyimizi heç düşünmürəm. Təkcə, Kiyev “Dinamo”suna uduzduğumuz matçda yaxşı oynamamışdıq. Orada da başqa hadisələr olmuşdu.
Penaltilərlə bağlı əvvəlcədən çalışmışdıq. Bəzi penalti üçün futbolçu alırsan, ancaq o, bunu düzgün yerinə yetirmir. Artıq bu turnir bitti, daha gələcəyə baxırıq. Növbəti mövsüm Çempionlar Liqasında oynayıb qrupdan çıxmaq istəyirik”.
