Almeydanın komandası məğlub oldu
06.02.2020 , 23:43

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) çempionatında 16-cı turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Riçard Almeydanın formasını geyindiyi “Baniyas” səfərdə “Əl Vahda” ilə qarşılaşıb və 0:3 hesabı ilə məğlub olub.
Riçard da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan yığma üzvü sonadək oynayıb.
“Baniyas” hazırda 20 xalla 9-cu yerdə qərarlaşıb.
