Almeydalı “Baniyas”dan növbəti qələbə
02.02.2020 , 13:54

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) çempionatında 15-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeydanın çıxış etdiyi “Baniyas” doğma meydanda “Əl Dafra”ya qalib gəlib – 1:0.
Riçard da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Baniyas” hazırda 20 xalla 9-cu yerdə qərarlaşıb.
