Almeydalı “Baniyas”dan məğlubiyyət
29.02.2020 , 14:38

Birləşmiş Ərəb Əmirlikləri çempionatında XVII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Riçard Almeydanın çıxış etdiyi “Baniyas” doğma meydanda lider “Şabab Əl-Əhli Dubay”a uduzub – 0:1.
Riçard da görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan yarımmüdafiəçi sonadək oynayıb.
“Baniyas” hazırda 20 xalla 9-cu pillədə qərarlaşır.
