Almeydalı “Baniyas” məğlub oldu
06.03.2020 , 18:48

Birləşmiş Ərəb Əmirlikləri çempionatında XVIII turun oyunları keçirilib.
Korner.az xəbər ki, Azərbaycan millisinin üzvü Riçard Almeydanın formasını geyindiyi “Baniyas” səfərdə “Xorfakkan”a uduzub – 1:2.
Riçard da görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan yarımmüdafiəçi sonadək oynayıb.
“Bani Yas” 18 oyuna topladığı 20 xalla 14 komanda arasında 9-cudu.
