Almeyda və Dadaşov da milliyə qoşuldu
13.11.2018 , 18:39

UEFA Millətlər Liqasının qrup mərhələsində Farer adaları və Kosovo ilə oyunlara hazırlaşan millimiz məşqlərini tam heyətlə davam etdirir
Yığmanın mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlunun verdiyi məlumata görə, son olaraq Riçard Almeyda və Rüfət Dadaşov da komandaya qoşulub.
“Astana”da çıxış edən braziliyalı dünən axşam, “Proysen”in formasını geyinən Rüfət isə bu gün səhər saatlarında Bakıya gəlib. Hər iki futbolçu millinin axşamkı məşqində iştirak edəcək.
Qeyd edək ki, noyabrın 17-də Bakıda Farer adalarını qəbul edəcək millimiz 3 gün sonra Kosovonun qonağı olacaq. Ev oyunu 21:00-da, səfər matçı isə Bakı vaxtı ilə 23:45-də başlayacaq.
qol.az
