Almeyda üçün yeni baş məşqçi
25.06.2020 , 18:51
Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” komandasında baş məşqçi dəyişikliyi olub.
Korner.az klubun saytına istinadən xəbər verir ki, müqaviləsi başa atan Vinfrid Şaferi yola salan “Baniyas” rumıniyalı Daniel İsaila ilə anlaşıb.
Mütəxəssis ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.
Xatırladaq ki, Azərbaycan millisinin üzvü Riçard Almeyda “Baniyas”da çıxış edir.