“Qarabağ”ın futbolçusu Riçard Almeyda komanda yoldaşı, bu gün Türkiyənin “Adanaspor”klubu ilə müqavilə imzalayacaq Reynaldo ilə vidalaşıb.
Korner.az-ın məlumatına görə, təcrübəli futbolçu Reynaldo ilə olan fotosunu şəxsi “instagram” hesabında paylaşıb. Təcrübəli futbolçu yazdığı şərhdə həmyerlisi üçün darıxacağını qeyd edib:
“Əziz qardaşım, yaxşı yol. Həyatının yeni mərhələsində sənə uğurlar arzu edirəm. Tanrı həmişə səni qorusun. Həmişə olduğu kimi, “Adanaspor”da da böyük uğurlar qazanacağına əminəm. Mənə görə də narahat olma. Sənin üçün həmişə darıxacağam. Səninlə keçirdiyimiz anlar çox gözəl idi”.
