Almeyda rəsmən “Qarabağ”da
03.08.2021 , 18:33

Milli komandamızın üzvü Riçard Almeydanın “Qarabağ”a keçidi rəsmiləşib.
Korner.az klubun saytına istinadən xəbər verir ki, onunla 1 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi komandada 7 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Riçard Almeyda daha öncə 2012-2019-cu illərdə Ağdam təmsilçisində oynayıb. Onun son klubu “Zirə” olub.
