Ağdamın “Qarabağ” klubunun futbolçusu Riçard Almeyda komandasının heyətində 100-cü oyununa çıxıb.
Korner.az-ın PFL-in saytına istinadən verdiyi xəbərə görə, yubiley matçı Azərbaycan Premyer Liqasının XVIII turunun “Sumqayıt”la qarşılaşmasına təsadüf edən 25 yaşlı yarımmüdafiəçi bu matçadək 99 görüşdə 23 qol vurub.
Nəticəsi ləğv olunan oyunlar nəzərə alınmamaqla, yubiley qarşılaşmasına çıxan Almeyda “Qarabağ”da 100 oyun keçirən ilk braziliyalı kimi tarixə düşüb. O, bu matçların 73-nü Premyer Liqa, 8-ni kubok, 19-nu avrokuboklarda keçirib.
