Almeyda oynadı, “Astana” darmadağına sevindi
01.10.2018 , 09:21

Qazaxıstan çempionatında 28-ci turun oyunları keçirilib. Millimizin üzvü Riçard Almeydanın şərəfini qoruduğu “Astana” Jetısu”nu qəbul edib və 3-0 hesabı ilə qalib gəlib.
Almeyda start heyətdə meydana çıxıb və 64-cü dəqiqədə əvəzlənib.
“Astana” hazırda 67 xalla 12 iştirakçı arasında vahid liderdi.
