“Qarabağ”ın aparıcı üzvü Riçard Almeyda Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları “Seltik”lə oyundan danışıb.
Korner.az-ın məlumatına görə, Ağdam klubunun “sambaçı”sı mərhələ adlayacaqlarına inandığını deyib:
“Rəqib açıq futbolu sevir,bizim komanda da açıq futbola üstünlük verir. Çox maraqlı iki oyun olacaq,düşünürəm ki, biz mərhələ adlayan tərəf olacağıq”
