Peşəkar Futbol Liqası Topaz Premyer Liqanın aprel və may ayları üçün ən yaxşı oyunçularının adlarını açıqlayıb.
Korner.az-ın məlumatına görə, aprel ayının ən yaxşı futbolçusu “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda, may ayının ən güclüsü isə “Neftçi”nin hücumçusu Nikolas Kanales olub.
Aprel və may ayının ən yaxşı qollarının müəllifi isə müvafiq olaraq “Rəvan”lı Tofiq Mikayılov və Ramazan Abbasov seçilib.
Qaliblər PFL və Topaz rəhbərliyi tərəfindən mükafatlandırılıb.