“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda bugün “Hefle” ilə oyunda meydana çıxa bilməyəcəyinə görə təəssüflənir.
Korner.az-ın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi “İnter”lə oyunda aldığı zədə üzündən İsveçə aparılmayıb.
Braziliyalıə oyunçu şəxsi “facebook” səhifəsində azarkeşlərə cavab olaraq bir status paylaşıb:
“Hazırda mən yaxşı durumda deyiləm. Mənə evdə qalmaq lazımdır deyə növbəti oyunu buraxmalı oldum. Biz bu oyunda qalib gələcəyik. Mən İsveçdə olmasam da, ürəyim komanda yoldaşlarımla birgə olacaq. Azerkeşlərə isə demək istəyirəm ki, mənə olan sevginiz üçün sizə təşəkkür edirəm. Mən tezliklə qayıdacağam”.
