“Qarabağ”ın futbolçusu Riçard Almeyda cəzalı duruma düşüb.
Korner.az-ın məlumatına görə, bu, Topaz Premyer Liqasının 22-ci turunda “Neftçi”yə qarşı matçda baş verib. Sözügedən qarşılaşmada bu mövsüm 4-cü sarı vərəqəsini alan braziliyalı yarımmüdafiəçi cəzalı duruma düşüb.
Bu isə o deməkdir ki, R.Almeyda ölkə çempionatının növbəti turunda “İnter”ə qarşı oyunu buraxacaq.
