Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Ayntraxt” – “Qarabağ” matçına 41 min biletin satıldığını xəbər vermişdik.
Korner.az-ın məlumatına görə, Frankfurt təmsilçisi bununla kifayətlənmək istəmir.
Belə ki, klub günlərdə daha 3 min bileti satışa çıxaracaq. Bunlar stadionun şərq hissəsində qonaqlar üçün ayrılmış yerlərin biletləri olacaq. Matçı stadiondan az sayda “Qarabağ” azarkeşinin izləyəcəyini öyrənən klub rəhbərliyi qalan yerlərə biletləri satışa çıxarmaq qərarına gəlib.
