Almaniyanın “Volsburq” klubu futbolçusu Luis Qustavonu satmayacaq.
Korner.az-ın məlumatına görə, bu barədə “Football İtalia” yazıb.
İtaliyanın “Yuvnetus” klubu futbolçunu icarə əsasında transfer etmək istəyirdi. “Qoca Senyora”nın müqavilə təklifi 2.5 milyon avro icarəyə görə, 13 milyon avro isə tam transfer haqqından ibarət idi. Lakin almanlar turinlilərin təklifini rədd etdi.
