Almaniya millisi İspaniyanın rekordunu təkrarlayıb.
DÇ-2018-in seçmə mərhələsində Azərbaycanı 5:1 hesabı ilə məğlub edən Yoahim Lövün komandası sözügedən turnirdə ardıcıl 10-cu qələbəsini qazanıb. Bununla da Almaniya mundialın seçmə mərhələsinin tarixində bunu bacaran ikinci milli komanda olub.
Bundan əvvəl İspaniya millisi DÇ-2010-nun seçmə mərhələsində ardıcıl 10 qələbə qazanmışdı.
