Dünya kuboku Almaniya millisinin dünya çempionluğunu bayram etməsi zamanı zədələnib.
Korner.az-ın məlumatına görə, bu barədə Almaniya Futbol İttifaqının prezidenti Volfqanq Nirsbax m’lumat verib.
Onun sözlərinə görə, qələbənin bayram edilməsi zamanı Dünya kubokunun bir hissəsi qırılıb: “Biz həmin hissənin necə qırıldığını bilmirik. Həmin hissəni bərpa edə biləcək mütəxəssislərimiz var. Geniş və dərin araşdırma apardıq. Amma bu araşdırma heç bir nəticə vermədi”.
Xatırladaq ki, Dünya Kubokunun əsli deyil, surəti zədələnib. Çünki FİFA-nın qaydalarına görə, kubokun əsli təşkilatın ofisində saxlanılır. Qalib komandaya isə onun surəti verilir.(“Bild” qəzeti)