Almanlar “Bavariya”nı sevmirlər
18.08.2018 , 16:45

Almaniyada ən çox sevilən və nifrət olunan klublar müəyyənləşib.
“Bild” nəşrinin azarkeşlər arasında təşkil etdiyi sorğunun nəticələri maraqlı olub. Belə ki, ölkənin ən sevilən komandaları “Borrusiya” və “Dortmund”dur. Azarkeşlərin 42%-i isə, “Bavariya”nı sevmədiklərini açıqlayıb.
Qeyd edək ki, araşdırmalardan sonra Almaniyada 45 milyon insanın futbolla maraqlandığı məlum olub.
