DÇ-2018

Almaniyaya vurduğu qoldan sonra Mexikoda zəlzələ olub

18.06.2018 , 12:51

DÇ-2018-in qrup mərhələsinin ilk oyununda son çempion Almaniyaya qalib gələn Meksika haqda maraqlı məlumat yayılıb.

Meksika millisinin futbolçusu İrvinq Losanonun vurduğu qoldan sonra paytaxt Mexikoda zəlzələ baş verib.

Seysmoloqlar bu barədə açıqlama da veriblər. Onlar bildiriblər ki, bu, süni zəlzələdir və buna qol anında minlərlə azarkeşin eyni zamanda sevinməsi olub. 75 min insan Mexikoda oyunu birgə izləyib. Qol zamanı tullanıb-düşən azarkeşlərə görə, “zəlzələ” 2 bal gücündə hiss olunub.

Son yazılar

Yuxarı