“Qəbələ” qazanmaq üçün əlimizdən gələni etdik. Turnirdə irəliləmək üçün ürəyimizi qoyduq. Lakin alınmadı”.
Korner.az-ın məlumatına görə, bu sözləri İtaliya millisinin qapıçısı Canluici Buffon “Avro-2016″nın 1/4 finalında Almaniyaya uduzduqları oyundan sonra deyib.
Buffon Almaniyaya məğlubiyyətin əsl şok olduğunu bildirib: “Konte komanda ilə fəxr edir. Biz sonadək mübarizə apardıq. Hamımızın ağlamaq üçün səbəbi var. Qələbəyə yaxın idik. Almaniya 3 penaltidən yararlana bilmədi. Ancaq bu da bizim qələbəmiz üçün kifayət etmədi. Almaniyaya məğlubiyyət əsl şok oldu. Bundan sonra irəli baxmalıyıq”.
