Almaniyalı baş məşqçi Rusiya klubundan ayrıldı
02.03.2022 , 19:40

Almaniyalı baş məşqçi Daniel Farke “Krasnodar”dan ayrılıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
46 yaşlı mütəxəssin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Farke bu ilin yanvarında “Krasnodar”a baş məşqçi təyin olunmuşdu.
