Almaniyadan İngiltərəyə
29.07.2024 , 11:30

“Bavariya”nın müdafiəçisi Nussair Mazraui klububdan ayrılacaq.
Korner.az xəbər verir ki, o, karyerasını İngiltərədə davam etdirmək istəyir.
Futbolçu bundan sonra “Mançester Yunayted”də çıxış edəcək.
Tərəflər arasında danışıqların müsbət nəticələndiyi bildirilir. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.
