Güləş

Almaniyadan 4 gümüş və 1 bürünc medal

02.07.2012 , 07:05

Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə keçirilən beynəlxalq turnir başa çatıb. Korner.az-ın məlumatına görə, yarışda hər iki güləş növü üzrə ümumilikdə 6 idmançımız iştirak edib. Güləşçilərimiz 4 gümüş və 1 bürünc medal qazanıb.

Baş məşqçi Salih Boranın rəhbərliyi altında yunan-Roma güləşçilərimiz Rövşən Bayramov (55 kq) və Həsən Əliyev (60 kq) olimpiada öncəsi son turnirdə qüvvələrini sınayıblar.

60 kq çəki dərəcəsində yarışan Rövşən Bayramov yalnız finalda gürcü rəqibinə yenilib. Həsən Əliyev də 66 kq çəkidə mübarizə aparıb və həlledici görüşə qədər məğlubiyyətsiz irəliləyib. Qızıl uğrunda görüşdə isə idmançımız Almaniya təmsilçisinə məğlub olub.

Sərbəst güləş yarışlarında baş məşqçi Saypulla Absaidovun rəhbərliyində ölkəmizi Əşrəf Əliyev, Aleksandr Qostiyev (hər ikisi 74 kq), Hacı Əliyev (60 kq) və Məhəmmədhacı Xatiyev (84 kq) təmsil edib. Xüsusilə, Əliyevlə Qostiyevin mübarizəsi diqqət mərkəzində idi. Bu yarışın yarımfinalında həmyerlilərimiz üz-üzə gəliblər və qarşılaşmadan birinci qalib ayrılıb. Finalda rusiyalı Hacı Hacıyevlə qarşılaşan Əliyev gümüş medala sahib olub.

Digər idmançılarımız – 60 kq çəkili Əliyev bürünc, 84 kq-da güləşən Xatiyev isə gümüş medal qazanıb.

Son yazılar

Yuxarı